Başlıcaİctimaiyyətİdman

Ermənistanın Sambo federasiyasının sədri: Azərbaycan və Türkiyə Yerevanda keçiriləcək dünya çempionatında iştirak etməyəcəklər

Aprelin 4-5-də Yerevanda sambo üzrə Dünya kuboku keçiriləcək.

Azərbaycan və Türkiyə kubokda iştirak etməyəcək. Həmin ölkələrdən iştirak üçün bizə müraciət daxil olmayıb. Bu barədə Ermənistan Sambo federasiyasının sədri Mikael Hayrapetyan jurnalistlərlə söhbətində deyib.

“Rusiya və Ukraynadan böyük nümayəndə heyətimiz var. Bu, hər ölkədən 40-dan çox idmançının Ermənistana gələcəyi ilk tədbirdir. Təhlükəsizlik məqsədilə nümayəndə heyətləri müxtəlif yerlərdə yerləşdiriləcək. Qonşu ölkələrə gəlincə, tədbirdə Azərbaycan və Türkiyə iştirak etməyəcək. Bu ölkələrdən bizə müraciət daxil olmayıb, əgər yoxdursa, deməli bu ölkələr iştirak etməyəcək.

17 ölkədən 300-ə yaxın samboçu iştirak edəcək. Onlar 26 çəki dərəcəsində döyüşəcəklər: 7 çəki dərəcəsində kişilər, eyni sayda qadınlar, döyüş sambosu: 7 çəki dərəcəsində kişilər, 5 çəki dərəcələri qadınlar üçün” – deyə Mikayel Hayrapetyan bildirib.

Daha çox göstər
Back to top button