BaşlıcaSiyasət

Qardman-Şirvan-Naxicevan birliyi Toyvo Klaarın bəyanatına toxunub

Qardman-Şirvan-Naxicevan ümumerməni birliyi AB-nin Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə nümayəndəsi Toyvo Klaarın Azərbaycan mətbuat vasitələri ilə Ermənistan ünvanına səsləndirilən təhdidlərini qəbuledilməs hesab edən bəyanatına toxunub.

“Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə nümayəndəsi Toyvo Klaar Azərbaycan mətbuat vasitələrində Ermənistana qarşı təhdidləri qəbuledilməz hesab edib. Söz və özünüifadə azadlığının qadağan olunması məsələsində lider olan bu ölkədə dövlət sifarişli mətbuatın erməni əleyhinə çıxışları və şantaj təhdidləri heç də yeni deyil.

Azərbaycan mətbuatı da Azərbaycan rəhbərliyinin daimi əsassız tələblərini bir hədələyici ifadəni çoxaldaraq və “hüquqi-tarixi” əsas verərək “təkrar edir”. Bununla da Azərbaycan bir tərəfdən regional nizamlanma prosesinə süni maneçilik törədir, digər tərəfdən isə bu maneənin “günahını” Ermənistanın üzərinə yayır.

Bu, Avropa Birliyinin nümayəndəsi Toyvo Klaarın diqqətini cəlb etməyi lazım bildiyimiz Azərbaycan qeyri-konsruktivlikyinin göstəricilərindən biridir, lakin sonuncu deyil. Bu, təkcə Azərbaycan mediasının yaratdığı təhdidlər deyil, bir neçə onilliklər ərzində öz acı bəhrəsini verən aydın və sarsılmaz erməni fobiyasıdır. Azərbaycan cəmiyyəti uşaq bağçasından tutmuş müxtəlif səviyyəli təhsil və tərbiyə səviyyəsinə qədər Ermənistana və ermənilərə qarşı ölçüyəgəlməz nifrətlə qidalanır ki, bu da Ramil Səfərov və Kamil Zeynalının anti-insani təzahürləri və geniş ictimaiyyətdə bunun qəhramanlaşdırılması və ibadət formasında ifadə olunur.

Azərbaycan mətbuat sahəsi 1988-ci ildə Sumqayıt, 1990-cı ildə Bakı, 1992-ci ildə Marağa və digər erməni və ermənilərin məskunlaşdığı yerlərdə Azərbaycanın həyata keçirmiş qırğın və qətl qiyamlar, Cuğa erməni qəbirsstanlığının və erməni dini-milli irsinin tamamilə məhv edilməsi və onların insanlığa qarşı cinayət aktı olması haqıında inadla susur və Dağlıq Qarabağ Parlamentinin binasını guya “cinayətlərin” planlaşdırılması yeri təqdim edərək, onun sökülməsini vəsf edir, eyni zamanda müxtəlif vaxtlarda ermənilərə qarşı bütün hərbi cinayətlərin planlaşdırıldığı Azərbaycanın bütün dövlət idarələrinin binaları  sökülməyə və hasara məruz qalmalıdırlar.

Qardman-Şirvan-Naxicevan ümumaməni birliyi beynəlxalq ifaçılardan Azərbaycan mətbuatının yaydığı antierməni təbliğatının, Ermənistana və ermənilərə qarşı nifrət və düşmənçilik nitqinin araşdırılması və mühakimə edilməsi istiqamətində fəal addımlar atmağı tələb edir”.

Daha çox göstər
Back to top button