BaşlıcaSiyasət

Rasmussen ER hökumətinin siyasətini cəsarətli hesab edir

Danimarkanın keçmiş baş naziri və Şimali Atlantika Müqaviləsi Təşkilatının keçmiş baş katibi Anders Foq Rasmusen əmindir ki, Ermənistan inanılmaz dərəcədə mürəkkəb geosiyasi qonşuluğa malik demokratik ölkədir və baş nazir Nikol Paşinyan hökuməti xarici siyasətini şaxələndirməyə və Qərbə doğru irəliləməyə çalışaraq cəsarətli qərar qəbul edib.

Rasmusen bu barədə “Ermənistanın Dostları Şəbəkəsi” yüksək səviyyəli qrupun hesabatının dərcindən sonra bildirib.

“Dünyanın demokratik ölkələri, xüsusən də Avropa İttifaqı bu məsələdə Ermənistana dəstək olmaq üçün hərəkətə keçməlidir”.

O, Dağlıq Qarabağda baş verənlərə toxunaraq deyib:

“Bu dəstək Azərbaycanın 2023-cü ildə Dağlıq Qarabağın etnik erməni əhalisinə hücumundan və Azərbaycan qüvvələri tərəfindən davam edən təhlükədən sonra daha da əhəmiyyət kəsb edib”.

Rasmusen qeyd edib ki, Avropanın Cənubi Qafqazda sabit demokratiya və sabit sülhü dəstəkləmək imkanı var.

“Bugünkü hesabat Ermənistanın Avropa İttifaqına üzvlüyünə gətirib çıxara biləcək və atılmalı olan konkret addımları təsvir edir”, – Rasmussen yekunlaşdırıb.

Daha çox göstər
Back to top button