BaşlıcaSiyasət

“Türkiyə Ermənistana hücum etmək qərarına gəlsə, Rusiya sərhədçilərinin onlara maneə olacağına şübhə edirəm”: Simonyan

“Nə vaxtsa Türkiyə Ermənistana hücum etmək qərarına gəlsə, Rusiya sərhədçilərinin onlara maneə olacağına şübhə edirəm”.

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə müsahibəsində deyib.

O, həmçinin qeyd edib ki, Yerevan və Moskva Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılması mövzusunu müzakirə etmirlər. Rusiya sərhədçilərinin sərhədin bu hissəsindən çıxarılması məsələsi ilə “Zvartnots”dakı sərhədçilərin məsələsi eyni deyil.

“Ermənistan üçün bu, artıq həll olunmuş məsələdir, mən düşünmürəm ki, burada hər hansı müzakirə gedir. Bu prosesi dövlətlərarası müqavilənin pozulması kimi təqdim etməyə cəhd edilir. Bu, qurumlararası saziş idi, məqsədi bu sahədə erməni sərhədçilərinə fayda vermək, onların yükünü yüngülləşdirmək idi. Artıq bu yükü yüngülləşdirməyə ehtiyac yoxdur”, – deyə spiker brifinqdə bildirib.

Daha çox göstər
Back to top button