
NEWS.am saytı Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqosla Azərbaycanın Ermənistana mümkün hücumu zamanı Avropa İttifaqının reaksiyası, Azərbaycana qarşı sanksiyaların tətbiqi ehtimalı, Ermənistanın Avropa İttifaqına üzvlüyə namizəd olması perspektivləri barədə danışıb.
“Bildiyiniz kimi, Avropa İttifaqı bu regionda sülhün bərqərar olmasına və münasibətlərin normallaşmasına töhfə verməyə sadiqdir. Biz bunun reallaşması üçün daha fəal işləyirik. Biz Ermənistan hakimiyyətinin və erməni xalqının bu istiqamətdə öhdəliyini alqışlayırıq”,-deyə o qeyd etdi.
Azərbaycanın Ermənistana mümkün hücumu zamanı Aİ reaksiyasına gəlincə o qeyd etdi ki, “Avropa İttifaqı belə bir şeyin baş verməməsi üçün çox fəal səylər göstərir. Biz sülhə nail olmaq üçün çalışırıq”.
İndiki mərhələdə Ermənistanın Avropa İttifaqına üzvlüyə namizəd statusu alması ehtimalına toxunan səfir bildirib: “Bilirsiniz ki, istənilən Avropa ölkəsi Aİ-yə namizəd statusu üçün müraciət edə bilər, lakin indi biz fevral ayında başlayan yeni tərəfdaşlıq gündəliyi üzərində işləyirik. Biz bunun reallaşması üçün səylər göstəririk, Ermənistanın dayanıqlığının gücləndirilməsi, iqtisadi islahatlar, Ermənistan vətəndaşlarının mənafeyi naminə demokratiya ilə bağlı konkret məsləhətlər veririk”.
Ermənistana hərbi dəstək vermək məsələsinə gəlincə, o bildirib: “Həmin məsələ müzakirə olunur. Ali Nümayəndə Borrel artıq bu barədə məlumat verib. Biz Aİ üzv dövlətləri ilə işləyirik ki, Ermənistan silahlı qüvvələrini, müdafiəsini və təhlükəsizliyinizi gücləndirmək üçün qeyri-öldürücü dəstəkdən faydalana bilsin”







