BaşlıcaSiyasət

Hindistan-Yunanıstan-Ermənistan yaradılan ox Rusiyanın xoşuna gəlməyəcək: Hindistanlı siyasətçi

Pakistan-Azərbaycan-Türkiyə oxuna qarşı Hindistan-Yunanıstan-Ermənistan oxu yaradılır və bu yeni birlik Cənubi Qafqazda balanslaşdırıcı qüvvə kimi çıxış edə bilər, hansı ki, Rusiyanın xoşuna gəlməyəcək. Bu haqda hindistanlı politoloq Maheş Rancan Debata Martın 28-də “Ermənistan sivilizasiyanın kəsişməsi kimi: tarixi və mədəni əlaqələr” adlı konfransda bildirib.

O, Dağlıq Qarabağda müharibə və Kəşmir məsələsində Türkiyə ilə Pakistan arasında yaxınlaşmadan sonra Ermənistan və Hindistan arasında silah tədarükü haqqında saziş imzalandığını xatırladıb. Ekspert əlavə edib ki, Yeni Dehli və Yerevan qarşılıqlı faydalı əməkdaşlıq qurublar: Hindistan silah ixracı bazarını genişləndirir, Ermənistan isə müdafiə vasitələr alır. “Azərbaycan və Pakistan arasında saziş Bakıya qırıcı təyyarələrin tədarükü ilə bağlı məsələdə Ermənistan və Hindistanın təhlükəsizlik sahəsinə də təsir edir” – deyə o vurğulayıb.

Eyni zamanda, Mahesh Rancan Debata Ermənistan və Hindistan arasında illik mal dövriyyəsinin 1 milyard dollara çatdırılmasının vacibliyini qeyd edib. O ümid edir ki, Hindistanın baş naziri Narendra Modi Ermənistana səfər edəcək, bu da əlaqələri yeni səviyyəyə qaldıracaq.

Daha çox göstər
Back to top button