BaşlıcaSiyasət

Varsena Ağabekyan Fələstində XİN-də yüksək vəzifəyə təyin edilib

Fələstin Prezidenti Mahmud Abbas Məhəmməd Mustafanın başçılığı ilə yeni hökumətin tərkibini təsdiqləyib.

Erməniəsilli Varsena Ağabekyan Xarici İşlər Nazirliyində xaricilərlə iş üzrə dövlət naziri təyin olunub.

Bildirilib ki, Ağabekyan 1958-ci ildə İordaniyada anadan olub. Fələstində kilsə işlərinə nəzarət üzrə Prezident ali komitəsinin üzvüdür. O, 1983-cü ildə ABŞ-nin İndiana ştatında Perdyu Universitetində magistr, Pittsburq Universitetində siyasi məsələlər üzrə doktorluq dərəcəsi alıb. 1988-2008-ci illərdə Qüds Universitetində dosent və sonra da dekan işləyib.

Məlumata görə, Fələstin hökumətinin ikinci yeni üzvü humanitar yardım məsələləri üzrə dövlət naziri Basil əl-Kafarndır.

Yeni hökumət kabineti martın 31-də prezident qarşısında and içəcək.

Daha çox göstər
Back to top button