BaşlıcaSiyasət

AB Türkiyə aviaşirkətini Ruisya ilə əlqalərinə görə Avropa üzərindən uçmağı qadağan edib: Turizm Guncel

Turizm Guncel yazıb ki, Avropa Birliyi Antalyada yerləşən Southwind Airlines türk hava şirkətinin Rusiya ilə əlaqəli olduğunu bildirərək Avropa ərazisi üzərində uçuşlarını qadağan edib.

Qeyd olunub ki, Southwind Airlines aviaşirkəti Berlin, Düsseldorf, Frankfurt, Hamburq, Münhen və Ştutqarta (Almaniya) uçuşlar planlaşdırırdı. Bundan əlavə, Yunanıstan da uçuş planına daxil edilib.

Avropa Aerotelegraph.com kütləvi informasiya vasitəsinin məlumatına görə, Finlandiya Aviasiya departamentinin apardığı araşdırmalar göstərib ki, Southwind-in sahiblik və nəzarətinin əsas hissəsi Türkiyə vətəndaşlarına deyil, ruslara məxsusdur.

Nəticədə Finlandiya Southwind-in Antalya ilə Helsinki arasında uçmasına icazə vermədi və digər Avropa ölkələrinin özlərini necə aparacağı sualı ortaya çıxdı.

Daha çox göstər
Back to top button