
“Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür”.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Argentinanın “Todo Noticias” telekanalına müsahibəsində deyb.
Nazir Mirzoyan Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinə toxunub. Azərbaycanın Dağlıq Qarabağda apardığı etnik təmizləmə, Ermənistanın suveren ərazisinə təcavüzlər, mövcud problemlər və onların həllinə yönəlmiş ER səyləri qeyd edilib.
“Çətinliklər və problemlər mövcuddur. Lakin hesab edirik ki, Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür. Biz öz tərəfimizdən həll yollarını tapmaq üçün səylər göstəririk. Müqavilə imzalamaqdan danışarkən, razılaşdırılmalı olan vacib məqamlar mövcuddur. Onların arasında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin demarkasiyası var”,- deyə o qeyd edib.







