
Qardman-Şirvan-Naxicevan ümumerməni birliyi AB liderlərini Dağlıq Qarabağın erməni mədəni irsinin qorunub saxlanılması istiqamətində praktiki addımlar atmağa çağıran Avropa Parlamentinin bir qrup deputatının təşəbbüsünə toxunub.
“Avropa Parlamentinin deputatı Miriam Leksman bu günlərdə Avropa Parlamentinin bir qrup deputatının AB liderlərini Dağlıq Qarabağın erməni mədəni irsinin qorunub saxlanılması istiqamətində addımlar atmağa çağıran təşəbbüsü haqqında məlumat verib.
Miriam Leksman öz müvafiq yazısında “Dağlıq Qarabağda min illik erməni mədəni və dini irsinin beynalxalq hüququn və BMT-nin Beynalxalq Ədalət məhkəməsinin hüquqi baxımından məcburi qərarının kobud şəkildə pozulması ilə birbaşa məhv etmə, təhqir etmə və mənimsənilmə təhlükəsi altında olduğuna” dair öz dərin narahatlığını bildirib. Deputat həmçinin qeyd edib ki, 2020-ci ildə 44 günlük müharibədən sonra Azərbaycan öz nəzarətinə keçən ərazilərdə artıq erməni mənəvi, dini və milli mədəniyyət nümunələrinin şikəst edilməsi, təhqir edilməsi və mənimsənilməsi üzrə genişmiqyaslı kampaniya həyata keçirib.
Erməni mədəni irsinin qorunması probleminin həlli kimi Avropa Parlamentinin deputatları AB liderlərinə erməni mədəniyyət abidələrinə kameraların quraşdırılmasına dəstək verməyi təklif ediblər.
Qardman-Şirvan-Naxicevan ümumaməni birliyi Avropa Parlamenti deputatlarının Dağlıq Qarabağda erməni irsinin və mədəni mühitinin qorunub saxlanması ilə bağlı narahatlığını alqışlayır. Lakin, xatırlatmağı zəruri hesab edirik ki, Azərbaycan etnosidinin siyasəti 2020-ci ilin müharibəsindən sonra deyil, daha əvvəl başlayıb.
Azərbaycan 1988-1992-ci illərdə tarixi Qardman, Şirvan, Naxicevanın ərazisindən yüz minlərlə erməninin məcburi köçürülmə və etnik təmizləməsindən sonra həmin ərazilərin min illik erməni tarixi-mədəni mühitini sistematik şəkildə murdarlayıb, şikəst edib və məhv edib, ümumdünya xristian mədəniyyətinin bir çox nadir nümunələrini açıq və həyasızcasına daş qalaqlarına çevirib. Azərbaycan heç vaxt bu addımlar üçün məsuliyyət daşımayıb ki, bu da beynəlxalq hüquq müdafiə sisteminin böyük nöqsəndir.
Digər tərəfdən, Dağlıq Qarabağdakı erməni mədəniyyət abidələrinə kameraların quraşdırılması bu abidələrin daimi olmasını təmin etmək baxımından uzunmüddətli həll yolu ola bilməz. Bununla əlaqədar olaraq, Dağlıq Qarabağda, eləcə də tarixi Qardman, Şirvan, Naxicevan ərazilərində erməni mədəni irsinin ardıcıl monitorinqinin aparılmasını və bu obyektlər üzərində beynəlxalq nəzarətin və qəyyumluğun yaradılmasını qətiyyətlə vurğulayırıq, çünki Azərbaycanın təhlükəsizlik təminatları sıfırdır. Əslində isə erməni irsinin yeganə etibarlı müdafiəçisi öz doğma yurdlarına qayıdan ermənilər ola bilər.
Bizim üçün erməni irsinin qorunub saxlanılmasının son həlli kimi Dağlıq Qarabağ və tarixi Qardman, Şirvan, Naxicevan ərazilərinə yalnız beynalxalq zəmanətlə təhlükəsiz və ləyaqətlə qayıtmaq məqbuldur. Buna görə də biz Avropa Parlamentinin deputatlarını və AB liderlərini erməni qaçqınlarının təhlükəsiz və beynəlxalq zəmanətlə öz vətənlərinə qayıtmasını təmin etmək üçün mandatlarından istifadə etməyə çağırırıq”.







