
Azərbaycan Ermənistana hətta xalqın tarixində soyqırımı ilə bağlı səhifələrinə görə “paxıllıq edir” və bütün dövlət rıçaqlarından istifadə edərək öz xalq üçün saxta soyqırım hekayələri uydurur.
Azərbaycanda hər il martın 31-də qondarma “mart qırğını”nı xatırlayır, “matəm” edir, bunu qanlı erməni-tatar toqquşması kimi təqdim etməyə çalışırlar və iddia edirlə ki, guya bunun nəticəsində 50 min azərbaycanlı öldürülüb. Lakin mart hadisələri “Vəhşi diviziya”nın təmsil etdiyi müsavatçılarla Bakı bolşevikləri arasında hakimiyyət uğrunda mübarizə idi.
Azərbaycanlı Hacı Zeynalabdin Tağıyevin օ günlərlə bağlı qeydi saxlanılıb. O, xatirələrində qeyd edib ki, Bakı hadisələri erməni-tatar toqquşmaları ilə bağlı deyil, erməni hərbi birləşmələri isə 14 mindən çox müsəlmanı xilas edərək sığınacaq veriblər. Onlar da fars konsulu vasitəsilə geri qaytarılıb.
2011-ci ildə Azərbaycanın İstanbuldakı Konsulluğunun rəsmi saytında “31 mart 1918-ci il: Azərbaycanlıların soyqırımı günü” başlıqlı məqalə dərc edilib və 31 mart “soyqırımı” bolşeviklərlə Müsavat Partiyasının mübarizəsi kimi təqdim edilib. Məqalədə bunu deyilir: “Rusiyada daxili müharibə zamanı və mart hadisələri kimi tanınan bolşevik “Vəhşi diviziya” ilə Müsavat Partiyası arasında gedən toqquşmalar zamanı 1918-ci il martın 31-də Bakıda dinc əhali arasında itkilər qeydə alınıb. Bakıya nəzarət edən bolşeviklər müsavatçılara qarşı hərbi əməliyyata başladılar. Toqquşmalar və yuxarıdakı hadisələr nəticəsində 3 mindən 12 minə qədər insan həlak olub”.
Bu səsyazma Azərbaycan hakimiyyətinin və tarixçilərinin ciddi narahatlığına səbəb olub, çünki onlar illər boyu saxta məqalələr və qondarma tarixi epizodlarla dünyanı bu qırğınların ermənilər tərəfindən törədildiyinə və 50 mindən çox azərbaycanlının öldürüldüyünə inandırmağa çalışıblar.
1918-ci ildə mart hadisələri sovet tarixşünaslığı tərəfindən də siyasiləşdirildi. Bu hadisələrin şərhi üçün başlanğıc nöqtəsi bir tərəfdən sovet rejimi ilə digər tərəfdən Müsavat qüvvələri arasında baş vermiş vətəndaş müharibəsinin mövqeyidir.
Çoxsaylı mənbələr və faktlar göstərir ki, “Bakıda mart qırğını”nın erməni xalqı ilə heç bir əlaqəsi yoxdur. Onlar müstəqil milli dövlət yaratmaq uğrunda mübarizənin üçün öldürülüb.
Azərbaycanda bu hadisələr üçün erməniləri günahkar olaraq göstərməyin bir məqsədi var: 1918-ci ilin sentyabr aında Bakıda ermənilərin soyqırımını həyata keçirməkdən özlərini təmizləmək istəyirlər. Ermənilərə qarşı törədilən qırğınlarda 23 mindən çox erməni həlak olub.
Azərbaycanda tarixi keçmişin yaradılmasının sponsorları nəyin bahasına olursa olsun həm öz xalqlarını, həm də beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar. Özünü qurban kimi təqdim edən Azərbaycan oxşar obrazı ermənilərə qarşı ictimai nifrət yaratmaq, öz cinayətlərini təmizləmək üçün yaradır.







