
Biz gözləyirik ki, KTMT Ermənistanın suveren ərazilərinin işğalı faktına siyasi qiymət versin. ER xarici işlər nazirinin müavini Vahan Kostanyan aprelin 4-də jurnalistlərlə söhbətində belə deyib.
“Ermənistanın suveren ərazilərinin harada yerləşdiyini hamı başa düşür.
Bizim mövqeyimiz dəyişməyib. Biz KTMT-nin Ermənistanın suveren ərazilərinin, xüsusən 2022-ci ilin sentyabrında işğal olunması faktına siyasi qiymət verməsini gözləyirik”, – deyə o bildirib.







