
Aprilin 3-də BMT-nin İnsan hüquqları şurasının 55-ci iclasında Ermənistan tərəfindən təqdim edilmiş “Soyqırımın qarşısının alınması” qətnaməsi konsesusla qəbul edilib. Bu barədə XİN-dən bildiriblər.
““Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” konvesiyası əsas götürərək iki ildən bir qəbul edilən qətnamə BMT-yə üzv dövlətlərin diqqətini bu cinayətin təkrarlanma risklərinə və onların qarşısının alınmasının zəruriliyinə yönəldir.
Cari ilin qətnaməsinin mətninə müasir çağırışlar nəzərə alınmaqla, qabaqcadan xəbərdarlıq və soyqırımlara dair risklərlə bağlı mühüm müddəalar əlavə edilib. Xüsusilə, bu cür risklərə silahlı münaqişələrdən soyqırım törətmək üçün istifadə edilməsi və müharibə aparmaq üçün qadağan olunmuş vasitə kimi mülki əhalinin aclıqdan ölməsinin yolverilməzliyi daxildir.
Qətnamə cəzasızlıq soyqırımlar, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər üçün əhəmiyyətli risk faktoru kimi qiymətləndirir və bunun istintaq, təqib və cəza yolu ilə aradan qaldırılmasının vacibliyi vurğulanır.
Bu baxımdan, qətnamədə soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması məsələlərində Beynəlxalq ədalət məhkəməsinin rolunun xüsusi qeyd olunması faktı əhəmiyyətlidir. Sənəd İnsan hüquqları şurasının 58-ci iclasıında qabaqcadan xəbərdarlıq mövzusunda panel müzakirəsinin keçirilməsini nəzərdə tutur.
BMT-nin İnsan hüquqları üzrə Ali komissarlığının idarəsini həm üzv dövlətlərin, həm də BMT Baş katibliyinin Soyqırımın qarşısının alınması üzrə xüsusi müşavirinin, müqavilə qurumlarının, xüsusi prosedurların, vətəndaş cəmiyyətinin, milli insan hüquqları institutlarının, akademik dairələrin və özəl sektorun tədbirdə iştirakını təşviq etməyə çağırılır.
Ermənistanın bu təşəbbüsü soyqırımların və kütləvi cinayətlərin qarşısının alınması üzrə beynəlxalq gündəliyin gücləndirilməsinə, müasir çağırışlara hüquq mərkəzli yanaşmaların təklif edilməsinə, insan hüquqları beynəlxalq hüququ ilə beynəlxalq humanitar hüququn kəsişən problemlərinin institusional həllinin tapılmasına mühüm töhfədir.
Onu da qeyd etmək lazımdır ki, Ermənistan tərəfindən təqdim edilmiş “Soyqırımın qarşısının alınması” qətnaməsi geniş dəstək alır. O, bütün beş regional qrupun üzvü olan ölkələr tərəfindən həmmüəllifdir” – deyə Xarici işlər nazirliyinin məlumatında bildirilir.







