
Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin müxtəlif ərazilərində guya hərbi hərəkatlar aparılması barədə Azərbaycan tərəfindən yalan saxta xəbərin yayılması aprelin 5-də Brüsseldə keçiriləcək Paşinyan-Blinken-Von der Lyayen görüşü ilə bağlıdır.
Bunu deputat Armen Xaçatryan bildirdi.
“Əlbəttə, bu, 5 aprel görüşü ilə bağlıdır, lakin biz həm də bilirik ki, hər zaman təxribat xarakterli hərəkətlər etməmişdən əvvəl Azərbaycan belə saxta xəbərlər yayır. Əgər iki il əvvəl bunu bacarırdılarsa, indi o qədər də uğurlu deyillər, çünki indi Aİ-nin müşahidəçiləri ən azı saatlar sonra obyektiv reallığı dünyaya təqdim edərək, Azərbaycanın bir daha yalan danışdığını göstərirlər. Artıq hər kəsə çox aydındır ki, Azərbaycan yalan danışır və bütün dünya artıq Avropa İttifaqının müstəqil müşahidəçilərindən obyektiv reallıq haqqında məlumat alır”, – Xaçatryan bildirib.
Son günlər Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin müxtəlif ərazilərində hərbi manevrlər keçirməsi və hücum əməliyyatlarına hazırlaşması barədə yalan xəbərlər yayır. Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın yaydığı şayiələri təkzib edib. Avropa Birliyinin Ermənistandakı müşahidə missiyası da Azərbaycanın Ermənistan silahlı qüvvələrinin hərəkətləri ilə bağlı yaydığı yalanları təkzib edib. Missiya bəyan edib ki, sərhəd boyu monitorinqlər aparılır və qeyri-adi hərəkət və ya qoşun toplanması müşahidə olunmayıb. ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller də Aİ-nin müşahidə missiyasının bəyanatlarına toxunaraq, Azərbaycanın yaydığı məlumatları şübhə altına alıb.
Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında üçtərəfli görüş keçiriləcək. Görüş zamanı Ermənistanın dayanıqlığının gücləndirilməsi və iqtisadiyyatın diversifikasiyası istiqamətində atılan addımlar müzakirə olunacaq. Rəsmi Bakı bir neçə dəfə gözlənilən görüşdən narazılığını açıq şəkildə ifadə edib.







