Başlıcaİdman

Eduard Spertsyan postsovet məkanının ən bahalı futbolçuları reytinqində yer alıb

Ermənistan milli komandasının və Rusiya “Krasnodar”ının yarımmüdafiəçisi Eduard Spertsyan “Transfermarkt”ın versiyasına görə postsovet ərazisinin ən bahalı futbolçuları reytinqində 4-cü yeri tutub.

Spertsyanın transferinin dəyəri 18 milyon avro qiymətləndirilir.

Siyahıya transfer 80 milyon avro dəyərində qiymətləndirilən İtaliya “Napoli”sinin gürcüstanlı yarımmüdafiəçisi Xviça Kvaratsxeliya başçılıq edir.

İkinci yerdə inglis “Arsenal” komandasının ukraynalı müdafiəçisi Aleksandr Zinçenko qərarlaşıb. Onun “dəyəri” 42 milyon avrodur.

İlk üçlükdə Moskva “Spartak”ının moldovalı müdafiəçisi Oleq Ryabçuk da yer alıb.

Spertsyan “Krasnodar”ın tələbəsidir. Futbolçu Rusiyada anadan olub, lakin 2021-ci ilin Fevralında Ermənistan milli komandasında oynamaq qərarına gəlib. Yarımmüdafiəçinin “Krasnodar”la müqaviləsi 2026-cı ildə başa çatır.

Daha çox göstər
Back to top button