
Azərbaycan hakimiyyəti bir ildən çoxdur ki, arasıkəsilmədən siyasi həbslər həyata keçirir. Məşhur siyasətçilər, ictimaiyyət nümayəndələri və jurnalistlər bir-birinin ardınca həbs olunur. Bu barədə Azərbaycanın xalq cəbəsi müxalif partiyasının Aprelin 2-də yaydığı bəyanatda deyilir.
Partiya təsdiq edir ki, bütün əvvəlki repressiya dalğaları kimi, həbslər də AXCP üzvlərinə yan keçməyib. İndiki repressiya dalğası zamanı 11 partiya üzvü həbs olunub. AXCP müxalifətçilərinin qiymətləndirilməsinə görə, hakimiyyət öz tənqidçilərini və opponentlərini sadəcə həbs etməklə kifayətlənmir, həm də həbsdə onlara işgəncə verir.
“Bütün bunlara baxmayaraq, AXCP İlham Əliyevin Azərbaycanda totalitar sistemi möhkəmləndirmək cəhdlərinə qarşı prinsipial mübarizəsini və mütəşəkkil müqavimətini davam etdirmək əzmindədir” – deyə sənəddə bildirilir.
AXCP beynəlxalq təşkilatları və demokratik dünyanı hökumətlə əlaqə saxlayarkən siyasi məhbusların azadlığına, Azərbaycan vətəndaşlarının fundamental hüquq və azadlıqlarının həyata keçirilməsinə önəm verməyə çağırır.
“Azərbaycanın avtoritar rejimi beynalxalq sanksiyalara məruz qalmalı, müxalifətçilərə, ictimai-siyasi fəallara və jurnalistlərə qarşı uydurma ittihamlara cavabdeh olan vəzifəli şəxslərə qarşı ünvanlı sanksiyalar tətbiq olunmalıdır.
Bəyanatın kifayət qədər sərt tonda olmasına baxmayaraq, Azərbaycanın ekspert dairələrində AXCP lideri Əli Kərimlinin hakimiyyətlə bağlı olduğu və bütün addımlarını İlham Əliyev administrasiyası ilə əlaqələndirdiyi barədə fikir formalaşıb. Bəzi mənbələrə görə, Kərimlinin ailəsi Londonda yaşayır, orada onun şəxsi biznesi və dəbdəbəli daşınmaz əmlakı var. Istisna olunmur ki, bu bəyanatı ilə o, Azərbaycanda siyasi müxalifətin olması və hətta “totalitar rejimlə mübarizə aparmağa” hazır olması barədə xəyali təsəvvür yaradır”.







