
2023-cü ilin 7 ayı ərzində Azərbaycan hələ sovet dövründən istismarda olan Mahaçqala-Hacıqabul qaz kəməri vasitəsilə Rusiyadan təxminən 1 milyard kubmetr təbii qaz idxal edib.
İqtisadçı Toğrul Vəliyevin sözlərinə görə, formal baxımdan Azərbaycanın bu yolla tranzit daşıdığını düşünmək çətindir, amma “əslində belədir”.
Azərbaycan Rusiya qazını alıb Avropa qiymətləri il yenidən AB ölkələrinə satır və bununla da külli miqdarda pul qazanır. Tərəflər “əlavə səs-küy”dən yayınmaq üçün formal saziş imzalayıblar ki, Azərbaycanın Rusiya ilə həmsərhəd rayonları yayda Azərbaycan qazından, qışda isə Rusiya qazından istifadə edirlər.
Belə maxinasiyalar Moskvanı Bakı ilə əlaqələndirir. Bu haqda yazanda isə Əliyev rejimi qeyri-hökumət KİV-nin redaksiyalarını dağıtır.







