BaşlıcaMədəniyyətSiyasət

Azərbaycanlılar Kaşatağın Zoraxaç kilsəsini alban kimi təqdim edirlər

Azərbaycanın dövlət rejimi Artsaxın mədəni irsini mənimsəməyə və məhv etməyə davam edir. Hayk mədəniyyəti ombudsmanı Hovik Avanesov bildirib ki, Aprilin 4-də Azərbaycan sosial şəbəkələrində Artsax Respublikasının işğal olunmuş Kaşatağ rayonunda çəkilmiş video yayılıb ki, orada Kaşatağ rayonunda yerləşən Zoraxaç kilsəsi alban kimi təqdim olunub. O vurğulayır ki, bu siyasətlə tarix təhrif edilir.

Zoraxaç kilsəsi Artsax Respublikasının Kaşatağ rayonunda (hazırda Azərbaycanın nəzarəti altında), Berdzordan 52 kilometr Şimalda, Hakari çayının Şalva qolunun sol tərəfində, Araxiş kəndi ərazisində yerləşir.

“Azərbaycan yalnız Artsax və Naxicevanın erməni mədəni irsinin böyük bir hissəsini deyil, həm də Tatev monastırını, Ecmiadzin Ana kilsəsi, Hağartsin monastırı, Qoşavank, Hağpat monastır kompleksi, Sevanavank, Geğardavank, Ağtamarın Surb Xaç kilsəsi və digər mənəvi mədəni dəyərlər alban kimi təqdim edir”-deyə Hovik Avanesov yazıb.

1954-cü il “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin mühafizəsi haqqında” Haaqa konvensiyasının 4-cü maddəsinə əsasən, mədəni irsə qarşı hər hansı vandalizm, oğurluq, soyğunçuluq, mənimsəmə, düşmənçilik və qisas hərəkətləri qadağandır. 1954-cü il  ilk Haaqa protokolu işğal olunmuş ərazilərdə mədəni və mənəvi dəyərlərin məhv edilməsini qadağan edir.

Daha çox göstər
Back to top button