BaşlıcaSiyasət

Biz Ermənistanın güclü, müstəqil dövlət kimi mövqeyinin təsdiq edilməsini istəyirik: Blinken

ABŞ-ın dövlət katibi Entoni Blinken Brüsseldə keçirilən ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşü zamanı bildirib ki, Vaşinqton və Brüssel erməni xalqının demokratik, firavan gələcəyini dəstəklədiklərini bir daha təsdiqləyirlər.

“Hesab edirəm ki, bu, gələcəkdə birlikdə edə biləcəyimiz işlər üçün çox güclü zəmin yaradır. Biz erməni xalqının demokratik, firavan gələcəyinə və daha inteqrasiya olunmuş və dinc Cənubi Qafqaz regionuna transatlantik dəstəyi bir daha təsdiqləmək üçün buradayıq.

Biz erməni xalqının gələcəyi ilə bağlı mövqeyini bölüşürük. Biz istəyirik ki, Ermənistan güclü, müstəqil dövlət kimi öz mövqeyini bərqərar etsin, qonşuları ilə region və dünya ilə bağlı sülh şəraitində yaşasın.

ABŞ və Aİ bu səydə tərəfdaş olmaq istəyir və hesab edirəm ki, bugünkü görüş buna sübutdur.  

Biz 2023-cü ili maliyyə büdcəsindən 65 milyon dollardan çox yardım etməyi planlaşdırırıq.Bu, iki il əvvəllə müqayisədə 50% çoxdur. 

Biz rəqəmsal infrastruktur, enerji diversifikasia, ticarət tərəfdaşlarının diversifikasiya və digər prioritetlərə investisiyalar vasitəsilə Ermənistanın demokratik və iqtisadi dayanıqlığına dəstəyimizi daha da artırmağa sadiqik”.

Daha çox göstər
Back to top button