
Kanadanın Avrasiya Ticarət Palatasının biznes nümayəndə heyətinin Ermənistana ilk səfəri aprelin 8-12-də baş tutacaq. Bu barədə Kanada səfirliyindən məlumatlandırılıb.
“Nümayəndə heyətinə təhsil, enerji, mədənçıxarma və digər sahələrdə çalışan Kanada şirkətləri daxildir.
ER dövlət və qeyri-hökumət orqanlarının, eləcə də işgüzar dairələrin nümayəndələri ilə bir sıra görüşlər planlaşdırılır.
Səfərin məqsədi erməni tərəfdaşlarla birbaşa əlaqələr yaratmaq, Ermənistan-Kanada əməkdaşlığının dərinləşdirilməsi yollarını yerində öyrənməkdir” – deyərək səfirliyin bəyanatında qeyd olunub.







