BaşlıcaEkonomika

ABŞ Beynalxalq inkişaf agentliyi ER-nın enerji təhlükəsizliyini möhkəmləndirmək üçün 8,6 milyon dollar verəcək

ABŞ Beynəlxalq inkişaf agentliyi Ermənistanın enerji təhlükəsizliyinin və müstəqilliyinin möhkəmləndirilməsinə, ərzaq təhlükəsizliyinin sabitləşdirilməsinə diqqət yetirir. Bu barədə ABŞ Beynəlxalq inkişaf agentliyinin (USAİD) Avropa və Avrasiya ofisinin administratorunun köməkçisi Erin Mıkki mətbuat konfransı zamanı bildirib.

“Bizim 8,6 milyon dollar dəyərində yeni proqramımız Ermənistanın bərpa olunan enerjiyə çıxışını və inteqrasiya imkanlarını yaxşılaşdıracaq. Bundan başqa, fövqəladə hallarda planlaşdırılma Ermənistana enerji səmərəliliyini artırmaqla yanaşı, təchizatındakı fasilələrə sistemli şəkildə reaksiya verməyə imkan verəcək.

Bu maliyyə həm də Ermənistanın kibertəhlükəsizlik sahəsində ölkənin enerji infrastrukturlarının kritik zəiflikləri daha yaxşı həll etmək qabiliyyətini möhkəmləndirəcək” – deyə Mıkki bildirib.

Onun sözlərinə görə, USAID həmçinin erməni fermerlərinin taxıl istehsalı və saxlanmasının həcmini artırmağa yönəlmiş səylərini dəstəkləməklə Ermənistanın ərzaq təhlükəsizliyinin sabitləşməsinə kömək edəcək.

“Gələcək 6 milyon dollarlıq ərzaq təhlükəsizliyi layihəsi iqlim şəraitini nəzərə alaraq əsas yetişdirəmə məhsuldarlığını artıracaq. Bu, Ermənistanın qida sisteminin modernləşdirilməsi yolu ilə həyata keçiriləcək və biz daxili istehsalı artıra və idxaldan asılılığı azalda bilərik” – deyə Mıkki qeyd edib.

O, həmçinin əlavə edib ki, ABŞ zəruri islahatları dəstəkləməyə və hökumətin potensialını möhkəmləndirməyə davam edəcək.

“Rəqəmsal demokratiya prinsiplərinə əsaslanan iş Ermənistanın dövlət idarəçiliyinə, ticarətin diversifikasiyasına və iqtisadi inteqrasiyaya yanaşmasını modernləşdirəcək və genişləndirəcək. Amma ən vacibi odur ki, biz əsas prioritet kimi Ermənistan xalqının insan ləyaqətinin qorunub saxlanmasına diqqət yetiririk” – deyə Mıkki yekunlaşdırıb.

Daha çox göstər
Back to top button