
Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Koçaryan Azərbaycan tərəfindən so atışmalarını mənasız və məqsədsiz hesab edir, lakin onun fikrincə, bunlara qiymət verilməlidir.
Koçaryan jurnalistlərlə söhbətində bunu bildirib.
“Biz hər şeyi edəcəyik ki, bu atəşmalara hətta Avropa müşahidəçiləri səviyyəsində də qiymət verilsin. İndi atışmalar nizamsız, mənasız və məqsədsizdir”, – deyə Koçaryan əmin edib ki, lazım gələrsə, Ermənistan tərəfi atışmalara cavab verəcək.
Deputat bu gərginliyi Azərbaycanın isterik təzahürləri ilə əlaqələndirir: “Bunlar heç bir mənası olmayan hərəkətlərdir. Heç bir məsələni həll etmir. Sadəcə atəş səsləri var. Müşahidəçilərin hərəkətləri ilə bu atışmalara son qoyulmalıdır. Atışma olarsa, masa ətrafında oturanlar işlərinin faktiki mərhələlərinə yaxınlaşa bilmirlər”, – deyə o əlavə edib.
Deputat Azərbaycan atışmalarını aprelin 5-də Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Brüsseldə keçirilən görüşü ilə əlaqələndirmir.







