BaşlıcaSiyasət

Ermənistan Aİ və ABŞ-ı Azərbaycanın külli miqdarda hərbi texnika cəmləşdirilməsi barədə məlumat verib: Politico

“Politico” yazır ki, Avropa İttifaqı regionda artan gərginlik fonunda Ermənistanı Rusiyanın orbitindən çıxarmağa və onun iqtisadiyyatını dəstəkləməyə kömək edəcək mühüm plan üzərində razılığa gəlib.

Brüsseldə ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bəyan edib ki, Aİ növbəti 4 il ərzində Ermənistana dəstək üçün 270 milyon avro ayıracaq.

O, “Rusiyaya qarşı sanksiyalarımızdan yan keçmək üçün Ermənistanın gördüyü tədbirləri yüksək qiymətləndirib… Bu, Avropa İttifaqının və Ermənistanın dəyər və maraqlarının daha çox üst-üstə düşdüyünü göstərir”.

Aİ-yə əsas təbii qaz ixracatçısı olan və son illərdə Ermənistana qarşı müharibələr aparan Azərbaycan üçtərəfli görüşə etiraz edib. Danışıqlardan əvvəl fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb. Bir müddət əvvəl Blinken Əliyevə telefonla sərhəddə gərginliyi artmaq üçün heç bir bəhanə olmadığını bildirib və xəbərdarlıq edib ki, istənilən tərəfin aqressiv hərəkətləri və ritorikası sülh perspektivini pozacaq.

Politico-nun məlum olduğu kimi, görüş ərəfəsində Ermənistan Aİ və ABŞ rəsmilərinə sənədləri təqdim edib. Bu sənədlərdə Azərbaycanın İsrail və Pakistandan aldığı külli miqdarda hərbi texnikanın cəmləşdiriləsi təsdiqlənir.

Ermənistan iddia edir ki, ilin əvvəlindən Azərbaycana orta hesabla gündə birdən çox silah göndərilir.

Daha çox göstər
Back to top button