BaşlıcaMədəniyyətSiyasət

Janna Andreasyan YUNESKO nümayəndələri ilə DQ-da erməni abidələrinin dağıdılması məsəsini müzakirə edib

YUNESKO-nun mənzil-qərargahında Sergey Paracanovun yubiley tədbirlərində iştirak etmək üçün səfər çərçivəsində Ermənistan Respublikasının Təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan YUNESKO-nun baş direktorunun mədəniyyət, təhsil, sosial və humanitar elmlər üzrə müavini Ernesto Ottone, Stepaniya Canini və Gabriela Ramos ilə görüşüb.

Təhsil, elm, mədəniyyət və idman nazirliyindən bildiriblər ki, YUNESKO-nun baş direktorunun mədəniyyət üzrə müavini Ernesto Ottone ilə görüş ərzində bir sıra məsələlər, o cümlədən tarixi-mədəni irs, geyri qeyri-maddi irsin qorunması, mədəni müxtəlifliyin təşviqi müzakirə olunub.

Bu kontekstdə Dağlıq Qarabağın soydaşlarımızının fundamental hüquqlarının, xüsusən də mədəni hüquqların həyata keçirilməsi məsələlərini vurğulayaraq Dağlıq Qarabağda erməni tarixi-mədəni abidələrinin dağıdılması və qeyri-maddi mədəni irsin qorunub saxlanması haqıında danışılıb.

Nazir Janna Andreasyan Dağlıq Qarabağın tarixi-mədəni irsinin qorunması məsələsini Mayın 13-15-də Haaqada keçiriləcək “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” Konvensiyanın qəbulunun 70 illiyinə həsr olunmuş beynəlxalq konfransın gündəliyinə daxil etməyi təklif edib və vurğulayıb ki, söhbət 5 min daşınmaz abidə və muzey eksponatından gedir.

Ernesto Ottone Ermənistanın YUNESKO-nun işində fəal iştirakına və dəstəyinə görə minnətdarlığını bildirib və  münaqişələr nəticəsində mədəni irsin öyrənilməsi, texniki missiyalarda iştirak və bərpa işlərinə görə Ermənistanın regionda lider olduğunu qeyd edib.

Daha çox göstər
Back to top button