BaşlıcaSiyasət

Ruben Rubinyan Ermənistan-AB arasında çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edib

Aprelin 8-də Ermənistan Parlamentinin sədr müavini Ruben Rubinyan Xarici münasibətlər, Avropaya inteqrasiya və Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyalarının üzvləri Avropa Birliyi şurasının siyasi və təhlükəsizlik məsələləri üzrə komisiyanın sədri Delfin Pronkun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər. Bu barədə Parlamentin mətbuat xitmətindən bildiriblər.

Qonaqların Ermənistana səfərini salamlayan Ruben Rubinyan Ermənistan və AB arasında çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Parlament sədrinin müavini regiondakı təhlükəsizlik vəziyyətini, çağırışları təqdim edib, Ermənistanla Azərbaycan arasında sülh prosesinin əsas məsələlərinə Ermənistanın yanaşmaları haqqında danışıb.

Erməni parlamentarilər AB-nin Ermənistandakı mülki müşahidə missiyasının regionda təhlükəsizliyin təmin edilməsində rolunu xüsusi qeyd ediblər.

Tərəflər ER-AB əməkdaşlığının bir sıra sahələrdə inkişafına dair məsələləri müzakirə ediblər. Həmçinin ER-AB vizalarının liberallaşdırılması ilə bağlı dialoqun başlanmasının zəruriliyinə də toxunulub.

Daha çox göstər
Back to top button