
Aprelin 8-də Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan, Xarici əlaqələr, Avropaya inteqrasiya və müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyalarının üzvləri Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Delfin Pronkun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Qonaqların Ermənistana səfərini alqışlayan Ruben Rubinyan Ermənistan və Aİ arasında çoxşaxəli əməkdaşlığın dərinləşdiyini vurğulayıb.
O, regiondakı təhlükəsizlik vəziyyətini, çağırışları təqdim edib, Ermənistanla Azərbaycan arasında sülh prosesinin əsas məsələlərinə Ermənistanın yanaşmalarından danışıb.
Erməni parlamentarilər Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasının regionda təhlükəsizliyin təmin edilməsində rolunu xüsusi qeyd ediblər.
Tərəflər ER-Aİ əməkdaşlığının bir sıra sahələrdə inkişafı ilə bağlı məsələləri müzakirə ediblər. ER-Aİ vizalarının liberallaşdırılması ilə bağlı dialoqun başlanmasının zəruriliyinə də toxunulub.







