
Bu ilin sonunda Bakıda dini rəhbərlərin görüşü keçiriləcək.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
O bildirib ki, görüşə bütün ermənilərin katolikosu II Qareginin dəvət olunması məsələsinə baxılacaq:
“Vaxtı ikən onu Azərbaycana dəvət etmişəm, o da bura gələrək dini konfransda iştirak edib”.







