
Hazırda Ermənistanla Rusiya arasındakı münasibətlər “tarixi Ermənistan”dan “real Ermənistan” və Rusiya arasındakı münasibətlərə keçid prosesini yaşayır.
Bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışında bəyan edib.
“Bu, bəzən Ermənistanın özündə baş verən daxili transformasiya qədər ağrılı olur. Ancaq bu transformasiyanı “müsbət hekayələrlə” doldurmaq üçün hər şey edilməlidir. Ermənistan Rusiya ilə belə işə hazırdır”, – baş nazir vurğulayıb.
Baş nazir Nikol Paşinyan Rusiya ilə münasibətlərdə heç bir yanlış addım atmadıqlarını da bəyan edib: “Tərəfdaşlarımızın bizi öhdəliklərimizi yerinə yetirməməkdə ittiham edə biləcəyi yer yoxdur. Təəssüf ki, əks hallar çoxdur”.







