
Son vaxtlar Dağlıq Qarabağda ermənilərə qarşı aqressiv hərbi əməliyyatlara və ölkədə vətəndaş cəmiyyətinə qarşı təzyiqlərə baxmayaraq, Azərbaycan Rusiya, Belarus və İran kimi izqoy dövlətlərə toxunan Qərb sanksiyalarından xeyli dərəcədə yayınıb. İlham Əliyev rejimi beynəlxalq izqoya çevrilmək əvəzinə, Avropa mənbələrindən infrastrukturlara əlavə investisiyaları cəlb edib.
Avropa liderləri Azərbaycanın ötən ilin Sentyabrında Dağlıq Qarabağdan 100 mindən çox insanı faktiki olaraq etnik təmizləməyə məruz qoymasına sanki reallığa təzəcə oyanmış kimi reaksiya verdilər. Birdən onlar Azərbaycanın mübahisəli anklavda yaşayan etnik ermənilərə Şərqdən hücum edərək münaqişənin qızışmasına görə məsuliyyət daşıdığını, eyni zamanda onların Qərbə doğru potensial qaçış yolunu bağladığını görməzlikdən gəlmək mümkünsüz oldu.
Bununla belə, Qərbdə az adamı təəccübləndirə bilər ki, Azərbaycan vətəndaş cəmiyyətinə qarşı repressiyaların bütün dünyada gözə çarpan səviyyəyə çatmasına baxmayaraq, Azərbaycanın hərəkətləri Bakı üçün hər hansı əhəmiyyətli yeni beynəlxalq nəticələrə gətirib çıxarmayıb.
Erməni analitiklərin və azərbaycanlı vətəndaş cəmiyyəti fəallarının uzun illərdir birlikdə verdikləri sual budur: AB sanksiyalarının tədbiq edilməsi üçün qırmızı xətləri haradadır?
Kürü diplomatiyasının təfərrüatları və AB-nin qırmızı xətləri ilə “The Insider”-dəki məqalədə tanış olmaq olar. (https://theins.ru/en/opinion/rasmus-canback/270590)







