Ermənistan Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə müsbət cavab gözləyir, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Parlamentdə hökumətin 2023-cü il üçün planının icrasının gedişi və nəticələrinə dair hesabatı zamanı deyib.
O bildirib ki, martın 14-də sülh müqaviləsinin 8-ci redaksiyası Azərbaycana verilib.
“Biz təklif etdik ki, sərhədyanı ərazilər demilitarlaşdırılsın və Müdafiə Nazirliyinin bölmələri öz daimi yerlərinə qaytarılaraq bütün sərhəd mühafizəsi sərhəd qoşunlarına təhvil verilsin. Bu, qoşunların güzgü prinsipi əsasında çıxarılması konsepsiyası halında da həyata keçirilə bilər. Ümid edirik ki, müsbət cavab alacağıq”, – Paşinyan bildirib.







