
Aprelin 10-da Avropa Birliyinin Ermənistandakı müşahidə missiyası (EUMA) sərhədyanı rayonlarda öz 2000-ci patrulunu həyata keçirib.
Bu barədə Avropa Birliyinin Ermənistandakı missiyası (EUMA) öz X mikrobloqunda qeyd edib.
“Missiyaya Ermənistan-Azərbaycan sərhədinin erməni tərəfində monitorinq aparmaq və vəziyyət haqqında məlumat vermək tapşırılıb. Biz Yeğeqnadzor, Kapan, Qoris, Cermuk, Martuni və İcevanın ön xəttinin 6 əməliyyat bazasından patrul xidməti həyata keçiririk” – deyə missiyanın məlumatında bildirilir.







