
Ermənistanın Avrasiya İqtisadi İttifaqının Yubiley Sammitində iştirakı məsələsi müzakirə olunur.Alınan məlumata görə, bu haqda Baş nazir Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
“Ermənistanın Aİİ-nin mayın 8-də keçiriləcək sessiyasında iştirakı məsələsi müzakirə olunur. Qərar olanda biz o qərarla bağlı əlavə açıqlama verəcəyik” – deyə Paşinyan bildirib.
Bundan əvvəl RF Prezidenti Vladimir Putin 2024-cü ildə Avrasiya İqtisadiyyat İttifaqının (Aİİ) 10 illiyini qeyd edəcəyini, mayın 8-də isə Moskvada Aİİ-nin yubiley sammitinin keçiriləcəyini açıqlamışdı.







