BaşlıcaSiyasət

Əli Xamenei İslam ölkələrinin İsrailə yardımını xəyanət adlandırıb

İranın ali dini lideri Əli Xamenei cümə axşamı İslam ölkələrinin diplomatları ilə görüşündə deyib ki, bəzi İslam ölkələri “sionist rejim”ə (İsrail) kömək edir.

“Bu, İslam cəmiyyətinə xəyanətdir, xəyanətdir.

Bu həm də özlərinə xəyanətdir, çünki bununla onlar sionist rejimin aparatını gücləndirmiş olurlar ki, bu da sonda özlərinə zərər verəcək, çünki bu yardım əslində onların öz məhvinə gətirib çıxarır”.

Xamneyi nəzərdə tutduğu ölkələrin adlarını çəkməyib. Lakin İsraillə siyasi və iqtisadi əlaqələri ilk növbədə Azərbaycan Respublikası və Türkiyə davam etdirir.

Daha çox göstər
Back to top button