
“Qardman-Şirvan-Naxicevan” ümumerməni birliyi Marağa ermənilərinin qırğının ildönümü münasibətilə bəyanat yayıb və qeyd edib ki, Azərbaycan hazırda da Beynalxalq ədalət məhkəməsinin qərarını kobud şəkildə pozaraq, erməni dini və tarixi-mədəni abidələri və müqqədəs yerlərini təhqir etməklə, vandalizmə məzruz qoymaqla və dağıtmaqla erməni izinin məhv edilməsinə yönəlmiş siyasəti açıq şəkildə davam etdirir. Müxtalif səviyyə və platformalarda ermənilərə qarşı nifrət təbliğatı, eləcə də Ermənistan Respublikasının suveren ərazisinin işğalı və təhdidləri davam edir.
Bəyanatda qeyd olunub ki, “Bu gün biz Azərbaycan silahlı qüvvələrinin Dağlıq Qarabağın Marağa qəsəbəsində törətdiyi qırğın qurbanlarının xatirəsini ehtiramla yad edirik. 32 il əvvəl bu gün Marağada onlarla erməni, o cümlədən qadın və uşaqlar vəhşicəsinə qətlə yetirilib, 5 minə yaxın əhalisi olan qəsəbə məcburi köçürülmüş və ermənilərdən boşaldılmışdır.
Azərbaycan tərəfindən planlaşdırılan və milli mənsubiyyət zəminində həyata keçirilmiş bu hərəkətlər ümumi etnik təmizləmə siyasətinin tərkib hissəsi idi ki, bunun təzahürü həm də daha əvvəl Sumqayıt, Kirovabad və Bakıda təşkil etdiyi ermənilərin qırğınları və Naxicevan ermənilərinin tamamilə boşaldıması olub.
Qeyd etmək lazımdır ki, qeyd olunan hadisələrdən otuz ildən çox vaxt keçməsinə baxmayaraq, onların nəticəsində məcburi köçkün düşmüş ermənilər öz yaşayış yerlərinə qayıtmaq, itirilmiş əmlaklarını idarə etmək və digər hüquqlarını həyata keçirmək imkanlarından məhrum olublar. Bundan başqa, törədilmiş cinayətlərin cəzasız qalması, insan hüquqlarının davamlı şəkildə pozulması və onlara etinasızlıq, çox vaxt isə dövlət tərəfindən açıq-aşkar həvəsləndirmə siyasəti yeni kütləvi cinayətlərə və təcavüzə gətirib çıxarıb.
Davam edən danışıqlar prosesinə baxmayaraq 2016-cı ilin Aprelində Dağlıq Qarabağın mülki əhalisinə qarşı silahlı hücum və 2020-ci ildə Sentyabr ayından başlayaraq genişmiqyaslı müharibə, DQ ermənilərinin davamlı terroru, DQ-ı dünya ilə birləşdirən yeganə dəhlizin tamamilə bağlanması, əhalini aclığa məruz qoyması və 2023-cü ildə Sentyabrda genişmiqyaslı hərbi hücum nəticəsində Dağlıq Qarabağ da tam etnik təmizləməyə məruz qalıb.
Diqqətəlayiqdir ki, Azərbaycan bu gün də Beynəlxalq Ədalət məhkəməsinin qərarını kobud şəkildə pozaraq, erməni dini və tarixi-mədəni abidələrini, ziyarətgahlarını murdarlamaq, vandalizmə məruz qoymaq və məhv etmək yolu ilə erməni izinin aradan qaldırılmasına yönəlmiş siyasəti açıq şəkildə davam etdirir. Müxtəlif səviyyə və platformalarda ermənilərə qarşı nifrət təbliğatı, eləcə də Ermənistan Respublikasının suveren ərazisinin işğalı və təhdidləri davam edir.
Həm Marağa qətliamı, həm də 21-ci əsrdə DQ-da həyata keçirilmiş etnik təmizləmə beynalxalq qurumların, hüquq müdafiə təşkilatların hesabatlarında, bir çox dərc etmələrdə qeydə alınıb və öz qiymətlərini alıb və mübahisəlisizdirlər.
Buna baxmayaraq, Azərbaycan SSR-dən məcburi köçürülmüş ermənilərimizin, eləcə də Dağlıq Qarabağın soydaşlarımızın təbii hüquqları təmin olunmamış qalır. “Qardman-Şirvan-Naxicevan” ümumerməni birliyi Azərbaycan hakimiyyətini və beynəlxalq ictimaiyyəti ASSR ərazisində yaşayan ermənilərin öz doğma yurdlarına təhlükəsiz və təminatlı qayıtmasını, itirilmiş əmlakın qeyd-şərtsiz və tam ödənilməsini və erməni əhalisinə qarşı hərbi cinayətlər törətmiş bütün günahkarları cəzalandırmağa və məsuliyyətə cəlb etməyə çağırır.”







