BaşlıcaEkonomika

2024-cü ildə Erəmnistanın ÜDM-in artımı 5,5 faiz təşkil edəcək: Dünya Bankı

Dünya Bankı Ermənistanda 2024-2025-ci illərdə ÜDM artımı proqnozunu əvvəlki yanvar proqnozu ilə müqayisədə yüksəldib. Bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə hesabatında deyilir.

Hesabata görə, Ermənistanda ÜDM-in artımının 2024-cü ildə 5,5%, 2025-ci ildə isə 4,9% olacağı proqnozlaşdırılır ki, bu da Yanvar ayı proqnozlarından müvafiq olaraq 0,8% və 0,4% çoxdur.

2023-cü ildə Ermənistanda ÜDM-in artımı 8,7%, 2022-ci ildə 12,6% təşkil edib. Dünya Bankı Cənubi Qafqaz ölkələrində 2023-cü ildəki 3,8 faiz inflyasiyadan sonra cari ildə 3,5 faiz inflyasiya proqnozlaşdırır.

Ermənistan və Gürcüstanda artımın yavaşlayacağı gözlənilir, çünki onu şərtləndirən amillər, yəni Rusiyadan böyük mühacir və kapital axını zəifləməkdə davam edir.

Eyni zamanda Ermənistanda işsizliyin 13,75%-dən 12,5%-ə  endirməsi qeydə alınıb. O da qeyd olunur ki, maaşlar 12,5% artıb.

Daha çox göstər
Back to top button