BaşlıcaSiyasət

Bakı Ermənistanın su ehtiyatları üzərində hüquqa sahib olmaq istəyir

Əliyev rejiminin XİN-i məlumat verib ki, Aprelin 12-də Haaqadakı Sülh sarayında Beynalxalq arbitraj məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiasına baxmağa başlayıb.

Azərbaycan Ermənistanı guya “30 illik işğalı ərzində ətraf mühitə ciddi ziyan vurmaqda” ittiham edir və “dəymiş ziyanın tam ödənilməsini” tələb edir. Əgər 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Ermənistan müharibə edən ölkə kimi tanınmırsa və Azərbaycan tərəfinin əraziləri itirməsi ilə heç bir əlaqəsi yoxdursa, Bakı öz iddiasını necə sübut edəcək?

Azərbaycan XİN-nin press-relizindən belə çıxır ki, Bakı Ermənistanı transsərhəd çayları çirkləndirməkdə ittiham edir. Bu iddianın mahiyyəti budur: Azərbaycanda kəskin şirin su qıtlığı var. Dövlət proqramında nəzərdə tutulduğu kimi, su anbarlarının tikintisi üçün Ermənistanla razılaşmaq lazımdır. Bakı isə Ermənistanın su ehtiyatları üzərində hüquqa sahib olmaq istəyir. Ermənistanın suveren ərazisinin bir hissəsinin işğalı da bu məqsədi güdürdü.

Bakı Ermənistanın su ehtiyatlarının azad istifadə edilməsi üçün Beynalxalq arbitraj məhkəməsi vasitəsilə həmin işğalı “qanuniləşdirməyə” çalışır.

Daha çox göstər
Back to top button