İdman

BMT məhkəməsində Ermənistan Azərbaycana qarşı məhkəmə işi üzrə dinləmələr davam edəcək

Aprelin 15-də BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Beynəlxalq Konvensiyaya əsasən “Ermənistan Azərbaycana qarşı” məhkəməsi üzrə dinləmələr davam edəcək.

Erməni tərəfinə Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan başçılıq edir.

Xatırladaq ki, 2021-ci il sentyabrın 16-da Ermənistan irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanı pozduğuna görə Azərbaycana qarşı işlərə başlayıb.

2023-cü ilin aprelin 21-də Azərbaycan Məhkəmənin yurisdiksiyasına qarşı ilkin etirazlarını təqdim edib.

Daha çox göstər
Back to top button