BaşlıcaSiyasət

Ermənistanla Azərbaycan arasında sabit sülh üçün bütün zəruri elementlər var: Duken

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın sözçüsü Anri Duken bildirib ki, Ermənistan və Azərbaycan arasında sabit sülhün bərqərar olması üçün bütün zəruri elementlər var.

“Biz tərəflərlə daim təmasdayıq və hesab edirik ki, bir neçə il davam edən danışıqlar və müzakirələrdən sonra, o cümlədən Şarl Mişelin dəstəyi ilə sabitliyə nail olmaq üçün şərait yaradılıb”, – Duken əminliyini ifadə edib.

Onun sözlərinə görə, Aİ Yerevan və Bakının sülh müqaviləsinin mətni ilə bağlı mütəmadi olaraq təklif mübadiləsi aparmasını alqışlayır.

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin sözçüsü Toivo Klaarın sülh gündəmini təşviq etmək üçün regional səfərlərini davam etdirəcəyini də bildirib.

Daha çox göstər
Back to top button