
Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev aprelin 15-də Ermənistan Respublikasına bir günlük rəsmi səfərə gələcək.
Alınan məlumata görə, bu haqda Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumatlandırıb.
Prezident Tokayevin rəsmi səfəri çərçivəsində Baş nazir Nikol Paşinyan və Prezident Vahaqn Xaçaturyanla danışıqlar aparacağı bildirilir.
Qeyd olunur ki, səfər başa çatdıqdan sonra dövlət başçısı Yerevandan Qazaxıstanın daşqın zonasında yerləşən rayonlarından birinə gedəcəkdir.







