BaşlıcaSiyasət

Avropa İnvestisiya Bankı Ermənistana 25 milyon avro kredit ayıracaq: Parlament sazişi ratifikasiya edib

Ermənistan parlamenti Ermənistan Respublikası ilə Avropa İnvestisiya Bankı arasında “Yerevanın enerji səmərəliliyi mərhələsi II” maliyyə sazişini ratifikasiya edib.

Alınan məlumata görə, sazişin ratifikasiyası layihəsi parlamentin iclasında 57 lehinə, 26 əleyhinə olmaqla qəbul edilib.

Ermənistan Respublikası ilə Avropa İnvestisiya Bankı arasında “Yerevanın enerji səmərəliliyinin ikinci mərhələsi” adlı maliyyə sazişi 29 noyabr 2023-cü ildə imzalanıb.

Müqaviləyə əsasən, Avropa İnvestisiya Bankı Ermənistan Respublikasına Yerevandakı ictimai binaları, xüsusilə uşaq bağçaları və poliklinikaları hədəf alan davamlı enerji səmərəliliyinin təkmilləşdirilməsinə dəstək üçün 25 mln  avro kredit ayırıb.

Daha çox göstər
Back to top button