BaşlıcaSiyasət

İranın İsrailə cavabı simvolik olub: Armen Petrosyan

İranın İsrailə cavabı simvolik olub. Bunu ekspert Armen Petrosyan “NEWS.am”ə müsahibəsində bildirib.

“İran böyük regional müharibəni qızışdırmaq istəmirdi. İsrailə qarşı həyata keçirilən əməliyyat hazırda İranın siyasi və hərbi imkanlarının maksimumu idi. 2022-ci ildən bəri İran özünü böyük müharibəyə cəlb etmək üçün çox ciddi beynəlxalq təxribatlarla üzləşəcək. İranın strategiyası odur ki, özünün bu ölkənin rejimi və dövləti üçün dağıdıcı nəticələri ola biləcək böyük müharibəyə qarışmasına imkan verməyəvək”.

Ekspertyin sözlərinə görə, İran əməliyyatln mümkün nəticələrini ətraflı hesablayıb.

“Hərəkətlərinin əks nəticə verməməsi və müharibəyə çevrilməsi üçün hesablayıblar. Məhz buna görə də ilk olaraq hər kəsə əməliyyatln olacağı barədə xəbərdarlıq etdilər. Hücumun hansı formatda həyata keçiriləcəyi ABŞ-a çatdırılıb. Bildirilib ki, İsrail cavab verməsə, mövzu qapalı sayıla bilər”.

Daha çox göstər
Back to top button