BaşlıcaSiyasət

Nazir: HSK sahəsində şirkətlər Ermənistan Müdafiə Nazirliyindən 300 milyon dollardan çox sifariş alıblar

Hərbi sənaye kompleksinə (HSK) daxil olan şirkətlər Ermənistan Müdafiə nazirliyindən 122 milyard dramlıq (300 milyon dollardan çox – red.) sifariş alıblar. Bu haqda   aprelin 15-də jurnalistlərlə görüşündə Ermənistanın Yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan qeyd edib.

“İlin sonuna qədər bu göstəricinin 191 milyard dram (477 milyon dollardan çox – red.) səviyyəsinə çatacağını gözləyirik.

25 şirkət Müdafiə nazirliyindən sifariş alıb. İlin sonuna qədər bu rəqəmin 29-a çatacağını gözləyirik” – deyə o, əlavə edib.

Nazir bildirib ki, indiyədək 3 il müddətinə 46 müqavilə imzalanıb. Hayrapetyan qeyd edib ki, Ermənistanın Hərbi Sənaye Komitəsinin məqsədi şirkətlər üçün cəlbedici şərait yaratmaqdır

Daha çox göstər
Back to top button