BaşlıcaSiyasət

Azərbaycan erməni əsirlərin vəziyyətinə dair beynalxalq səviyyədə müəyyən edilmiş normaları pozur: Ümumerməni birliyinin bəyanatı

Bakıda erməni əsirlərin vəziyyəti çox narahatedicidir. Azərbaycan erməni əsirlərin vəziyyətinin beynalxalq səviyyədə müəyyən edilmiş normalarını pozur. Bu barədə Qardman-Şirvan-Naxicevan ümumerməni birliyi bəyanat yayıb.

“Məlumatlara görə, Beynalxalq Qırmızı Xaç komitəsinin nümayəndələri Azərbaycanda saxlanılan erməni əsirlərə baş çəkiblər. Fərdi görüşlər keçirilib, məhbuslara ailələri ilə əlaqə saxlamaq imkanı verilib. Lakin bu hallar Bakıda erməni əsirlərin real vəziyyətini, onların hüquq və təhlükəsizliyinin qorunmasını heç bir şəkildə işıqlandırmır.

Əvvəlcədən qeyd etmək lazımdır ki, 2020-ci ilin 9 Noyabr üçtərəfli bəyanatının 8-ci bəndi ilə hərbi əsirlər və girovların mübadiləsi nəzərdə tutulurdu, lakin Azərbaycan, bütün digər hallarda olduğu kimi, bu halda da öz üzərinə götürümş öhdəliklərini yerinə yetirməyib və hələ də yerinə yetirməkdən imtina edir.

Üstəlik, Azərbaycan 2020-ci ilin 44-günlük müharibədən sonra başlanmış hərbi əməliyyatlar ərznidə erməni ordusunun hərbçilərini əsir götürərək Erəmnistan üzərində təzyiqi artırıb.

Azərbaycan son illərdə aparılan danışıqlar prosesində davamlı olaraq ikiüzlü şəkildə Ermənistanı 9 Noyabr razılaşmasının bu və ya digər bəndlərini pozmaqda ittiham edib və həmin saxta ittihamları yeni hərbi əməliyyatlar törətmək və öz təxribatlarına yeni bəhanələr tapmaq fürsətinə çevirib.

Bakıda erməni əsirlərin vəziyyəti çox narahatedicidır. Hətta öz əhalisinə qarşı böyük siyasi vandalizm təcrübəsi olan Azərbaycan, şübhəsiz ki, erməni əsirlərin həyat tərzinin beynəlxalq səviyyədə müəyyən edilmiş normalarını kökündən pozacaq. Digər tərəfdən, Azərbaycan Laçın dəhlizinin 10 aylıq blokadası zamanı hətta Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətini əngəlləyən, bununla da Dağlıq Qarabağın etnik erməni əhalisinin fiziki məhv edilməsi siyasətinin törətdiyi humanitar fəlakəti dərinləşdirən dövlətdir ” – deyə bəyanatda bildirilir.

Qardman-Şirvan-Naxicevan ümumerməni birliyi Azərbaycanın qeyri-konsruktiv və insana nifrət davranışını qətiyyətlə mühakimə edir.

“Biz digər öhdəliklər də daxil olmaqla, Bakıda saxlanılan bütün erməni hərbi əsirlər və girovların Ermənistana təhlükəsiz daşımasını  təmin edərək azad buraxmağı tələb edirik”- deyə ümumerməni birliyinin bəyanatı yekunlaşdırılır.

Daha çox göstər
Back to top button