BaşlıcaSiyasət

Azərbaycanın iddialarının böyük əksəriyyəti məhkəmənin yurisdiksiyasından tamamilə kənardır: Yeqişe Kirakosyan

Ermənistanın çoxsaylı sübutlarına cavab olaraq Azərbaycan tərəflər arasında saxta bərabərlik hissi yaratmaq üçün çarəsiz cəhdlər edib və Ermənistana qarşı iş başlatıb. Bu barədə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrdə Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan məlumat verib.

“Azərbaycanın çətinliyi ondan ibarətdir ki, onun iddialarını dəstəkləmək üçün irqi vəhşilikləri əks etdirən videolar yoxdur. Dünən Azərbaycan yalan iddia ilə çıxış etdi, 20-ci əsrin əvvələri milli ideologiyanı irqi kimi təqdim etdi, onun Ermənistandakı bugünkü siyasi reallıqları ilə heç bir əlaqəsi yoxdur.

Azərbaycan bundan başqa ətraf mühitə dəyən ziyanla bağlı irqi ayrı-seçkiliklə heç bir əlaqəsi olmayan inanılmaz iddialarla çıxış edib. Azərbaycan artıq üçüncü dəfədir ki, məhkəməni minalarla bağlı iddialarının bu konvensiyanın əhatə dairəsinə uyğun olduğuna inandırmağa çalışır”, – Kirakosyan bildirib.

Onun sözlərinə görə, Azərbaycanın iddialarının böyük əksəriyyəti məhkəmənin yurisdiksiyasından tamamilə kənardır.

“Buna baxmayaraq, Azərbaycan eyni strategiya ilə qarşı tərəfi günahlandırmağa çalışır. Şübhəsiz ki, Azərbaycan Ermənistana qarşı iddiasının yurisdiksiya problemlərini bilir, indi o, Ermənistanın iddiasının da yurisdiksiya maneələri ilə üzləşəcəyinə məhkəməni inandırmaq üçün çarəsiz cəhdlər edir. Azərbaycan sadəcə olaraq ümid edir ki, bu etirazlar digərinin etirazını üstələyəcək. Bu, kinli strategiyadır və başqa variant olmadığı üçün də bundan istifadə olunur.

Həmin vaxt hərbçi park açıb və etnik erməniləri irqçi memlarla ələ salıb. Bu kontekstdə hətta bir illik danışıqlar çox uzun idi. Ermənistan 22-ci maddəni yerinə yetirib, Azərbaycanın bununla bağlı ilk etirazı mütləq rədd olunmalıdır”.

Kirakosyan Azərbaycanın ikinci etirazının da əsassız olduğunu vurğulayıb.

“Azərbaycan məhkəməni inandırmağa çalışır ki, Ermənistanın zorakılıq, həbslər və zorla itkin düşmələrlə bağlı bəzi iddia və tələblərinin heç bir əsası yoxdur. Azərbaycan ən azı iki uydurma arqumentə əsaslanır.

Birincisi, o, məhkəməyə bildirir ki, Ermənistanın sadəcə olaraq irqi xarakter daşıyan kifayət qədər sübutu yoxdur. Azərbaycan iddia edir ki, Ermənistan hər bir zorakılıq, həbs və itkin düşmə halının kifayət qədər irqçi olduğunu sübut etməlidir. Azərbaycan iddia edir ki, guya Ermənistan unun nifrət nitqi mühiti göstərməlidir, ən ifrat vəhşiliklər və ya cinayətkarların irqçi sözləri kifayət deyil.

Daha bir uydurma arqument odur ki, Ermənistanın şikayəti konvensiya çərçivəsinə deyil, Azərbaycan baxımından Ermənistan iki müharibə edən dövlət arasında silahlı münaqişəni məhkəmə yolu ilə həll etməyə çalışır. Ermənistanın tələbi 2020-ci ilin 44 günlük müharibəsi ilə məhdudlaşmır.

Azərbaycan metaforasından istifadə etsək, müharibə aysberqin yalnız görünən hissəsi idi və bu, onilliklər boyu davam edən irqçi siyasət və praktikaların aysberqi idi. Silahlı münaqişənin mövcudluğu bu konvensiyanın fəaliyyət göstərməsini istisna etmir. Tarix bizə göstərdi ki, irqi ayrı-seçkiliyin ən ifrat təzahürləri, o cümlədən təqib, etnik təmizləmə və soyqırım daha çox silahlı münaqişə kontekstində baş verir”, – Kirakosyan vurğulayıb.

Daha çox göstər
Back to top button