BaşlıcaSiyasət

Bizim üçün əsas Alm-Ata Bəyannaməsidir: Maraqos

“Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsini imzalayan tərəflərdir. Bu Bəyannaməyə əsasən, 11 Sovet respublikası bəyan edib ki, onların inzibati sərhədləri beynəlxalq sərhədlər də ola bilər. Bu öhdəlik 2022-ci ildə Praqada Baş nazir Paşinyan və Prezident İlham Əliyev tərəfindən bir daha təsdiqlənib. Bu həm də bu ölkələrin hər birinin Aİ tərəfindən tanınması üçün əsasdır. İnzibati sərhəd heç vaxt beynəlxalq sərhəd olmayıb, buna görə də sərhədlərin delimitasiya və demarkasiyası lazımdır”.

Bunu Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos “Joğovurd” nəşrinə müsahibəsində deyib.

“İlk növbədə, 1991-ci il Alma-Ata Bəyannaməsi çərçivəsində iki ölkə arasında sərhədin delimitasiyası lazımdır”, – deyə Maraqos əlavə edib.

Diplomatın sözlərinə görə, Aİ sülh prosesində fəal iştirak edir. Brüssel Ermənistanla Azərbaycan arasında bütün mübahisələrin sülh yolu ilə həlli prinsipinə sadiqdir.

O qeyd edib ki, prezident Mişel səviyyəsində liderlərin görüşləri çağırılır, Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar tərəflərlə gündəlik işlər aparır, delimitasiyaya gəlincə isə aydındır ki, bu, ikitərəfli səviyyədə həyata keçirilir və biz beynəlxalq hüququn müddəalarına və Alma-Ata Bəyannaməsinə uyğun olan qərarları dəstəkləyirik.

Bu prosesdə təbii ki, bütün ərazilər, o cümlədən Azərbaycan birləşmələrinin yerləşdiyi və Ermənistan SSR-in tərkibində olan ərazilər, o cümlədən erməni birləşmələrinin yerləşdiyi və Azərbaycan SSR ərazisində olan ərazilər müzakirə edilməlidir.

Aİ hər zaman hər hansı təhdidlərdən çəkinməyin, eləcə də Ermənistan və Azərbaycan arasında həll olunmamış bütün problemlərin müstəsna olaraq sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayır.

Daha çox göstər
Back to top button