BaşlıcaSiyasət

Fransa Azərbaycandakı səfirini geri çağırıb

Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Fransa XİN məlumatına görə, səbəb son aylarda Azərbaycan tərəfinin ölkələr arasında münasibətlərə xələl gətirən birtərəfli hərəkətləridir.

Prezident Makron səfir Buayonu qəbul edərək Azərbaycanın hərəkətlərindən təəssüfləndiyini bildirib və Azərbaycan tərəfinin niyyətlərinə aydınlıq gətirməsini istəyib.

Rəsmi Paris bildirib ki, Fransa Azərbaycan və Ermənistan arasında münasibətlərin beynəlxalq hüquq normalarına və iki ölkənin ərazi bütövlüyünə hörmət etməklə normallaşmasını dəstəklədiyini yenidən təsdiqləyir.

Daha çox göstər
Back to top button