BaşlıcaErməni Soyqırımı

Fransanın Ermənistandakı səfiri:  “Sincarda yezidilərin şəhadəti bir əsr fərqlə Erməni Soyqırımının təkrarıdır”

Fransanın Ermənistandakı səfiri Olivier Decotinyin  Ermənistan parlamentinin avqustun 3-ü Sincarda  Yezidi soyqırımı qurbanlarının Anım günü kimi təsis etməsinə toxunub.

Səfir öz  X mikrobloqunda yazıb ki, Sincarda yezidilərin şəhadəti 1915-ci ildə soyqırıma məruz qalan ermənilərin bir əsrlik fərqlə şəhidliyinin təkrarıdır.

“Ermənistan parlamenti Yezidi soyqırımının “Anım Günü”nü öz milli təqviminə daxil edib”, o qeyd edib və Fransanın bu tarixi günü Ermənistan parlamenti zalında təqdim etməsindən qürur duyduğunu bildirib.

Ermənistan parlamenti aprelin 16-da çağırılan növbədənkənar sessiyasında avqustun 3-nün Sincarda Yezidi soyqırımı qurbanlarının “Anım günü” kimi təsis edilməsi layihəsini qəbul edib.

2014-cü il avqustun 3-də İraqın yezidilərin yaşadığı Sincar şəhərinə “İslam dövləti” terror qruplaşmasının hücumları həyata keçirilib və burada üç mindən çox insan həlak olub.

 Aclıq, susuzluq və dözülməz istilər nəticəsində dağlara sığınan minə yaxın insan həlak olub, 200 mindən çox yezidi qaçqın düşüb, 13-56 yaş arası 5000-ə yaxın qadın və qız qaçırılıb. İslamı qəbul etmək və cihadçılarla evlənmək sonuncuların sağ qalması üçün ilkin şərtolubdur.

Daha çox göstər
Back to top button