BaşlıcaSiyasət

İran səfiri:  “Erməni hərbiçiləri 2-ci Qarabağ müharibəsində İsrail silahları ilə öldürülüb”

Yerevanda olan bəzi Avropa səfirlikləri İranın hüquqi cavabı (İsrailə qarşı – red.) ilə bağlı öz ölkə rəhbərlərinin birtərəfli və yanlış mövqeyini “Twitter” səhifələrində erməni və fars dillərində yayırlar.

Bu barədə aprelin 16-da jurnalistlərlə görüşü zamanı İranın ER-da olan  Fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani məlumat verib.

“Onlar öz yalançı siyasətlərinin təsiri altında erməni xalqını özünə tabe etdirmək və Ermənistan ictimai rəyində İranı gözdən salmaq istəyirlər. Mən onlara bu ikiüzlülüyünü dayandırmağı və Ermənistanı öz geosiyasi münaqişələrinə cəlb etməyə çalışmamağı tövsiyə edirəm.

Onlar burada bilirlər ki, sionist rejimi Cənubi Qafqazda qeyri-sabitliyin əsas amillərindən biridir və ikinci Qarabağ müharibəsində erməni hərbiçiləri  məhz, İsrail silahları ilə öldürülüb.

İkili standartlar siyasəti ilə regionda sabitliyi təmin etmək mümkün deyil. Davranışınız və pis rejimə məntiqsiz dəstəyiniz pisliyi mütləq normallaşdırır.

Sabitlik axtarırsınızsa, dürüst olun. Terrorizm yaxşı və ya pis deyil. Bu seçmə yanaşma yalnız sionist rejimin avantürizmini təşviq edir və regionu müharibəyə  sürükləyir.

İranın siyasəti sülh və dostluq oxuna əsaslanır. Bizim regiona və bütün dünyaya mesajımız bütün ölkələr üçün sülh, təhlükəsizlik və tərəqqidir.

“Qonşuluq siyasəti İranın əsas önəmliklərindən biridir”-deyərək   səfir qeyd edib.

Daha çox göstər
Back to top button