BaşlıcaSiyasət

İran səfiri: “Tehran qonşularının təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir”

Dialoq və diplomatiya, habelə milli suverenliyə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına və beynəlxalq hüquqa hörmət Ermənistan və Azərbaycan arasında gərginliyin azaldılmasında mühüm amillərdir.

Bu haqda aprelin 16-da jurnalistlərlə görüşü zamanı İranın Ermənistandakı Fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani məlumatlandırıb.

Onun qiymətləndirməsinə görə, müharibə heç vaxt problemləri həll etməyib.

“Biz regionda gərginliyin mümkün artmasından narazıyıq. Zorakılığın artması region əhalisi ilə yanaşı, qonşu Ermənistan və Azərbaycana da ziyan vurur.

Biz hər iki tərəfi sakit olmağa, onları təmkinli olmağa və sülhlə bağlı dialoqu davam etdirməyə çağırırıq” – deyə səfir qeyd edib.

O, əlavə edib ki, İran qonşularının təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir.

Daha çox göstər
Back to top button