BaşlıcaEkonomikaİctimaiyyət

Yerevan AYİB illik görüşü və biznes konfransı qəbul edəcək: Maliyyə-iqtisadi məsələlər müzakirə olunacaq

Yerevan Mayın 14-16-da Avropa Yenidənqurma və inkişaf bankının illik görüşü və biznes konfransı qəbul edəcək. Bu barədə ER Maliyyə nazirliyindən NEWS.am-a bildiriblər.

“Avropa Yenidənqurma və inkişaf bankı (AYİB) 1991-ci ildə bazar iqtisadiyyatlarının qurulmasına kömək etmək və özəl sektorun inkişafını təşviq etmək üçün yaradılmış beynəlxalq maliyyə institutudur.

AYİB-in səhmdarları Avropa Birliyi və Avropa İnvestisiya bankı da daxil olmaqla, 72 üzv dövlətdir. Üç qitədə 40-dan çox iqtisadiyyatı dəstəkləyən AYİB üzv dövlətlərin iqtisadi inkişafına, regional inteqrasiyasına və əməkdaşlığına fəal töhfə verir.

Ermənistan Respublikası 1992-ci ilin Dekabrın 7-dən AYİB-nin üzvüdür. AYİB Ermənistan Respublikasında 210 layihənin maliyyələşdirilməsində iştirak edib, ümumi investisiya portfeli 2,080 milyard avro təşkil edir ki, bundan 343 milyon avro cari layihələrı aiddir. ER-nın özəl sektorunda investisiyaların bank portfelindəki payı 81% təşkil edir.

Hər il AYİB illik görüşü və biznes konfransı ümumi maliyyə-iqtisadi problemləri ətrafında ciddi müzakirələr aparmaq və bunların həlli ətrafında əməkdaşlıq etmək məqsədi daşıyaraq AYİB-ə üzv ölkələrin yüksək vəzifəli şəxsləri, maliyyə dünyasının nümayəndələri və biznes liderlərini birləşdirir. Tədbir AYİB-in fəaliyyət göstərdiyi regionlarda iqtisadi inkişafı və sabitliyi təşviq etmək üçün dialoq, əlaqələrin qurulması və qarşılıqlı fəaliyyətin formalaşdırılması üçün mühüm platformadır” – deyə məlumatda bildirilir.

Daha çox göstər
Back to top button